"Yeni virusa yoluxmamaq üçün gigiyenik qaydalara riayət edin" - ÜST

 "Yeni virusa yoluxmamaq üçün gigiyenik qaydalara riayət edin" -  ÜST
  30 Aprel 2022    Oxunub:1810
Ümumdünya Səhiyyə Təşkilatı İngiltərədə ortaya çıxan və sonradan 16 ölkədə müşahidə edilən mənşəyi bilinməyən hepatit virusunun simptomları olanlara “standart gigiyena qaydalarına" riayət etməyi tövsiyə edib.
AzVision.az xəbər verir ki, bu barədə ÜST-ün yaydığı açıqlamada qeyd edilib.

Bildirilib ki, qusma, ishal, qarın ağrısı kimi mədə və bağırsaq simptomları olan hər bir uşağın sadə gigiyena qaydalarına riayət etməsi və mütəmadi olaraq əllərini yuması çox vacibdir.

Açıqlamada qeyd olunub ki, bu simptomlar davam edərsə və ya pisləşərsə, həkimə müraciət edilməlidir.

Aytən Zəhra
AzVision.az



Teqlər: ÜST  



Xəbər lenti