İllik inflyasiya martda 12,1% olub

   İllik inflyasiya martda 12,1% olub
  12 Aprel 2022    Oxunub:697
Bu ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2% artıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatları 17%, qeyri-ərzaq məhsulları 6,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,1% bahalaşıb. Cari ilin mart ayında aylıq inflyasiya 1,1%, illik inflyasiya isə 12,1% təşkil edib.

AzVision.az


Teqlər: Dollar  





Xəbər lenti