Yaponiya və ABŞ Rusiya peyvəndlərinin istehsalına pul verməyəcək

   Yaponiya və ABŞ Rusiya peyvəndlərinin istehsalına pul verməyəcək
  12 Aprel 2022    Oxunub:767
Yaponiya və ABŞ hökumətləri inkişaf etməkdə olan ölkələrdə yeni koronavirusa qarşı Rusiya peyvəndlərinin istehsalı üçün kreditlərin verilməsini dayandırmaq qərarına gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bu qərarın may ayında Tokioda Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Dördlü) sammiti zamanı rəsmən təsdiqlənməsi planlaşdırılır.

Agentliyin məlumatına görə, ilk növbədə belə bir qərar Hindistana təsir edəcək, Tokio və Vaşinqton bu məsələdə Yeni Dehlinin anlaşmasına nail olmağı gözləyirlər. Hindistanda böyüklərin immunizasiyası üçün üç dərman istifadə olunur: Britaniya-İsveç şirkəti AstraZeneca tərəfindən Covishield, Hindistanın Bharat Biotech şirkəti tərəfindən Covaxin və Rusiyanın Sputnik V. “Sputnik V”-in respublika üzrə distribyutoru iri əczaçılıq şirkəti Dr. Reddinin Laboratoriyalarıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Kyodo  



Xəbər lenti