Rusiya Ermənistandakı pilotlarına sağ qalmağı öyrədir

   Rusiya Ermənistandakı pilotlarına    sağ qalmağı öyrədir
  12 Aprel 2022    Oxunub:903
Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsinin Erebuni aviabazasının pilotları dağ-meşə bölgəsində sağ qalma kursu keçiblər. AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Rusiya qırıcıları Ermənistanda təlimlər keçiriblər
“Pilotlar standart xilasetmə, rabitə, siqnalizasiya və təxliyyə məntəqələrinin evakuasiya vasitələrindən istifadə etməklə ilkin tibbi yardımın göstərilməsi, zərərçəkənlərin təxliyyəsi və daşınması bacarıqlarını nümayiş etdirərək məşq ediblər”, - məlumatda deyilir.

Bildirilir ki, ekipajlar həmçinin sərt dağlıq ərazidə hərəkət etməyi, əl silahlarından istifadə edərək yatmaq üçün yer düzəltməyi, alov əldə etmək və qida axtarıb tapmağı öyrəniblər.
Təlimlərdə Erebuni aviabazasının Mi-8MTV-5 nəqliyyat helikopterlərinin, Ka-52 hücum qırıcılarının və MiQ-29 qırıcılarının uçuş heyəti iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Pilot  



Xəbər lenti