Övladının kürəyinə nömrə yazan ukraynalı ana tapıldı
Jurnalistlərin tapdığı həmin qadının adı Saşa Makoviydir. Qızın adı isə Veradır. Onlar Fransanın cənubunda məskunlaşıblar. 33 yaşlı qadın həmin ümidsizlik anından danışıb. O, Fransaya gələndə İnstaqramda məlum şəkli paylaşıb.
Qadının sözlərinə görə, indi o psixoloji cəhətdən əzilib və Moldovayla Rumıniyadan keçdiyi uzun qaçqınlıq yolundan hələ də özünə gələ bilməyib. Ancaq onlar sevgi və qayğı ilə əhatə olunublar. Uşağın isə vəziyyəti normaldır.
- Vera yaxşıdır. O, nə baş verdiyini başa düşmək üçün çox balacadır. Mənim davranışlarımdan nələrisə hiss edir, amma hadisələri başa düşmək üçün hələ çox balacadır. Onun belə yaşda olduğuna görə çox şadam, çox!, - ana deyib.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra belə bir ürək dağlayan ən-ənə meydana çıxıb ki, analar öz adlarını və digər məlumatları uşaqlarının bədəninə yazırlar. Bu, valideynlər öldüyü halda körpəyə kömək etmək üçün edilir.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


