Slovakiyadakı NATO hərbçilərinin sayı artırılır- 900 əsgər göndəriləcək

   Slovakiyadakı NATO hərbçilərinin sayı artırılır-    900 əsgər göndəriləcək
  12 Aprel 2022    Oxunub:679
NATO-nun şərq cinahını gücləndirmək üçün Slovakiyada yerləşdirdiyi kontingentin tərkibi 900 nəfər artırıla və bununla da ümumi say 3000 hərbçi təşkil edə bilər. AzVision.az xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"NATO-nun Slovakiyadakı kontingentinə əlavə olaraq Çexiya, ABŞ, Almaniya və Sloveniyadan olan 900 hərbi qulluqçu daxil edilə bilər. Ümumilikdə bu döyüş qrupunun sayı 3 min nəfərə çatacaq. Bu qərar artıq hökumət tərəfindən təsdiqlənib və Slovakiya Milli Şurasının deputatları tərəfindən də nəzərdən keçirilməlidir”, - bəyanatda deyilir.

Qeyd edilir ki, NATO-nun Slovakiyadakı kontingenti genişləndirildikdən sonra burada Almaniyadan 1,2 min, Çexiyadan 700, ABŞ-dan 600, Hollandiya və Sloveniyanın hər birindən 200, Polşadan 100 hərbçi olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti