İran XİN-dən təkzib: Əfqanıstandakı səfirlik bağlanmayıb

      İran XİN-dən təkzib:    Əfqanıstandakı səfirlik bağlanmayıb
  12 Aprel 2022    Oxunub:637
Rəsmi Tehran İranın Əfqanıstandakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib. “İranın Əfqanıstandakı bütün diplomatik nümayəndəlikləri açıqdır və fəaliyyətini davam etdirir”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Əfqanıstanın “Asvaka News” agentliyi bir neçə əyalətdə İran əleyhinə etirazlardan sonra bu ölkənin Kabildəki səfirliyinin bu həftənin sonuna qədər bağlandığını bildirib. Qeyd olunub ki, İranın Əfqanıstandakı bütün konsulluq idarələri də fəaliyyətini dayandırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İran   XİN  



Xəbər lenti