Sorğu: İsveçlilərin 45%-i NATO-ya üz olmağın tərəfdardır

      Sorğu:    İsveçlilərin 45%-i NATO-ya üz olmağın tərəfdardır
  12 Aprel 2022    Oxunub:806
İsveçlilərin 45%-i ölkələrinin NATO-ya daxil olmasının tərəfdarıdır.
AzVision.az xəbər verir ki, bu barədə “Es-ve-te” telekanalı “Novus” sosioloji mərkəzinin keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb. Sorğu 7-11 aprel 2022-ci il tarixlərində ölkə üzrə yaşı 18-79 arasında olan 1000 sakinlə müsahibə əsasında aparılıb.

Respondentlərin 33%-i İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə qarşı olduqlarını bildiriblər. Sorğu iştirakçılarının 22%-i öz mövqeləri ilə bağlı qərar verə bilmədiklərini etiraf ediblər. Martın sonunda keçirilən sorğuya görə isə İsveçlilərin 63%-i Finlandiyanın alyansa qoşulacağı təqdirdə ölkələrinin NATO-ya üzv olmasını dəstəkləyəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO  



Xəbər lenti