Əhali 3 ayda yeyib-içməyə 6,2 milyard xərcləyib
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,3 faiz, bazar və yarmarkalarda 1,1 faiz artıb, fərdi sahibkarlar üzrə isə 1,3 faiz azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 365,1 manatlıq, o cümlədən 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,9 manatlıq qeyri-ərzaq malları alıb.
AzVision.az
Teqlər: Qida







Vaxtında, Aydın, Lazımlı!


