Obama Putin və Ukrayna müharibəsi haqqında danışdı

   Obama    Putin və Ukrayna müharibəsi    haqqında danışdı
  12 Aprel 2022    Oxunub:839
Rusiya prezidenti Vladimir Putin həmişə təhdid doğurub. Eyni zamanda, əvvəllər heç kim Ukraynanın genişmiqyaslı işğalını gözləmirdi.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın 44-cü prezidenti Barak Obama "TODAY"a verdiyi müsahibədə deyib.

- Putin həmişə həm xalqına, həm də başqalarına qarşı amansız olub. O həmişə bu etnik millətçilik hissinə bürünüb. Bu, Putinin bir hissəsidir, - siyasətçi deyib.

Onun sözlərinə görə, hazırda Ukraynaya qarşı genişmiqyaslı müharibə Putinin yeni üsuludur. Ola bilsin ki, bu üsuldan əvvəllər istifadə olunmayıb.

- Ukraynanın işğalı zamanı gördüklərimiz onun ehtiyatsızlığıdır, ola bilsin ki, bu işğal səkkiz-on il əvvəl gözlənilməz idi. Lakin təhlükə həmişə olub, - ABŞ-ın 44-cü prezidenti deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti