Keçmiş rus hərbçi etiraz olaraq hərbi biletini yandırdı - VİDEO
O, buna qədər 56-cı Qvardiya Motoatıcı Qoşunların Kiçik Mütəxəssisləri Hazırlıq Mərkəzində (71717 saylı hərbi hissə) xidmət edib. Həmin şəxs işğalçıların hərəkətlərini pisləyib. O, Rusiya Federasiyasında aldığı hərbi biletini etiraz olaraq yandırıb. Həmin şəxs Ukraynanın dinc əhalisini qətlə yetirən hərbçilərə də müraciət edib. Müraciətində deyib ki, "Mən hərbçilərə müraciət etmək istəyirəm, həmyaşıdlarım, fikirləşin ki, niyə belə edirsiniz. Cinayət əmrini yerinə yetirməyi dayandırın və evinizə qayıdın!", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


