Makron yeddi illik prezidentlik müddəti ideyasını dəstəkləyib

Makron yeddi illik prezidentlik müddəti ideyasını dəstəkləyib
  12 Aprel 2022    Oxunub:1068
Fransa prezidenti Emmanuel Makron Elzasa səfəri zamanı 7 illik prezidentlik müddəti ideyasını dəstəklədiyini bildirib. AzVision.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Eyni zamanda, Fransa lideri əlavə edib ki, eyni şəxsin eyni müddətə yenidən seçilib-seçilməyəcəyinə xalq qərar verməlidir.
Hazırda Fransa prezidenti birbaşa beş illik müddətə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən artıq prezident postunu tutmamalıdır.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatlarına görə, Makron 27,84%, ifrat sağçı Marin Le Pen isə 23,15% səs toplayıb. Səsvermənin ikinci turu aprelin 24-də keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti