Ukraynada Suriyada döyüşmüş erməni öldürülüb - VİDEO

   Ukraynada Suriyada döyüşmüş erməni öldürülüb -    VİDEO
  12 Aprel 2022    Oxunub:1184
Ukraynada daha bir erməni əsilli rus hərbçi öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, o, Suriyada da döyüşlərdə iştirak edibmiş.
Ukraynada erməni əsilli rus hərbçi öldürülüb
"Voronej vilayətinin Liski şəhərində Rusiyanın Ukraynada apardığı müharibədə öldürülən 33 yaşlı Sergey Sarkisyan dəfn edilib.
Sergey müqaviləli hərbçi olub və əvvəllər Suriyadakı əməliyyatlarda iştirak edib. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fərmanı ilə Sarkisyan ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib",- məqalədə yazılıb.


Qeyd edək ki, bundan öncə Şimali Osetiyanın Mozdok rayonunun Novo-Georgiyevskoye kəndindən olan 22 yaşlı Georgi Eprikyan da Ukraynadakı döyüşlərdə öldürülmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Erməni   Putin  



Xəbər lenti