Ərizə qəbulu başlayır - TQDK

Ərizə qəbulu başlayır - TQDK
  04 Aprel 2013    Oxunub:1285
“2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu aprelin 9-dan başlanacaq”
AzVision.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ərizələrin qəbulu mayın 17-dək davam edəcək.

TQDK sədri bildirib ki, abituriyentlər aprelin 15-dən mayın 17-dək təqdim etdikləri ərizəni təsdiq etdirməlidirlər: “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir”.


Teqlər:  





Xəbər lenti