Jirinovski: “ABŞ-ı hər gün yuyub-sərirəm` - VİDEO

Jirinovski: “ABŞ-ı hər gün yuyub-sərirəm` - VİDEO
  15 Aprel 2014    Oxunub:2016
Rusiya dövlət duması bu gün qəribə bir mənzərəyə şahid olub. Jirinovski Dumaya hərbi geyimdə gəlib.
Dumanın deputatı, liberal demokratlar partiyasının lideri Vladimir Jirinovski parlamentə hərbi formada gəlib. Əynindəki polkovnik formasını Ukraynanın müvəqqəti hökuməti ilə əlaqələndirən siyasətçi, Kiyev administrasiyasının hərbi münaqişəyə çalışdığını və artıq hətta kamuflyaj geyinərək müdafiəyə hazır olduğunu ifadə edib. O , hərbi forma geyməklə Turçniov administrasiyasının Donetsdəki rusiyameylli etirazçılara qarşı sərgilədiyi aqressiv mövqeyə etiraz etdiyini deyib.

Qeyd edək ki, Siyasətçinin Ukraynaya səfərinə qadağa qoyulub.

“Dəfələrlə məni qara siyahıya salıblar, bu onların zəifliyidir. Demokratiya isə vətəndaşların azadlığı deməkdir. Əgər fikirlərim onların xoşuna gəlmirsə nəyə görə, demokratiyanı seçirlər. Bu çox gülməlidir. Amerikanı hər gün “yuyub sərirəm”, lakin onlar heç bir dəfə də məni qara siyahıya salmayıb və ya viza verməkdən imtina etməyiblər”.

Buna baxmayaraq Jirinovski, ABŞ-a qarşı həm də sərt ittihamlar irəli sürüb. Onun sözlərinə görə, Ukrayna milli kəşfiyyat xidmətinin rəisi Valentin Nalivayçenkonu da məhz ABŞ mərkəzi kəşfiyyat idarəsi yetişdirib.

Səbinə




Teqlər:  





Xəbər lenti