|
| ABŞ-ın Ukraynaya verdiyi “Puma” PUA-ları nə üçündür? |
Digər norveçli parlamentari Rasmus Qanson Ukraynanın gücləndirilməsi və bu ölkəyə müasir NASAMS hava hücumundan müdafiə sistemi, eləcə də artilleriya qurğularının ötürülməsi ideyasını dəstəkləyib.

Qeyd edək ki, NSM (Naval Strike Missile) istənilən növ gəmi əleyhinə effektli olan orta mənzilli raketdir. Bu silah Norveçin "Kongsberg" şirkəti tərəfindən dizayn olunaraq istehsal edilir. Raketlər turbojet mühərriki ilə təchiz ediliblər. Maksimal buraxılış məsafəsi 185 km, döyüş başlığının çəkisi isə 120 kq-dır. NSM səssiz raketdir və təkcə su üzərindəkid eyil, yerüstü hədəfləri də vurmaq qabiliyyətinə malikdir. Norveç, Almaniya, ABŞ, Polşa və Malayziya ordusunda istifadəyə verilib. "NASAMS" hava hücumundan müdafiə sistemləri isə Amerikanın Raytheon Technologies korporasiyası və Norveçin Kongsberg qrupunun konsorsiumu tərəfindən istehsal olunur.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


