"Bu gün Ukraynanın 38 hərbi obyektini vurmuşuq" - Rusiyalı general

   "Bu gün Ukraynanın 38 hərbi obyektini vurmuşuq" -    Rusiyalı general
  12 Aprel 2022    Oxunub:777
Rusiyanın döyüş təyyarələri gün ərzində Ukraynanın 38 hərbi obyektini vurub. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
- Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 38 hərbi obyektini vurub. Onların arasında Luqansk vilayətindəki Toşkovka sursat anbarı, həmçinin Qlazunovka, Pyatiqorsk və Prişib yaşayış məntəqələrində Ukrayna hərbi texnikasının cəmləşdiyi səkkiz ərazi var, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti