Conson karantindəki məclisə görə cərimə ödəyib

Conson karantindəki məclisə görə cərimə ödəyib
  12 Aprel 2022    Oxunub:879
Britaniyanın Baş naziri Boris Conson COVID-19-la bağlı sərt karantin rejimi zamanı "Dauninq-strit"də əyləncə təşkil etməsindən üzr istəyib və müvafiq cəriməni ödədiyini deyib. AzVision.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
- Mən cəriməni ödədim və üzr istəyirəm,- Conson deyib.

Cəriməyə görə istefa verib-verməyəcəyi ilə bağlı suala isə baş nazir belə cavab verib: “Mən öz mandatımı davam etdirmək və ölkədəki problemləri həll etmək istəyirəm”.

Qeyd edək ki, London polisinin insanların böyük yerlərə toplaşmasını qadağan edən sərt məhdudlaşdırıcı tədbirləri zamanı Conson iqamətgahında və digər hökumət binalarında təşkil edilən ziyafətlərə görə qonaqlara 50-dən çox cərimə kəsilib.

Xatırladaq ki, Cohnson əyləncə məclisinə görə ciddi tənqidlərə məruz qalmışdı. O, qapanmalar zamanı hökumət iqamətgahında məclis qurduğu üçün qalmaqallı şəkildə vəzifəsini itirmək təhlükəsi ilə üzləşmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti