Virusa yoluxanların sayı 500 milyonu keçib

 Virusa yoluxanların sayı  500 milyonu keçib
  13 Aprel 2022    Oxunub:801
Dünyada koronavirusa yoluxanların ümumi sayı 500 363 741 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, pandemiya ərzində dünyada 6 183 944 nəfər COVID-19-dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk yerləri bölüşür. Belə ki, bu ölkələrdə virusa iyirmi milyondan çox yoluxma qeydə alınıb. ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

AzVision.az



Teqlər: Koronavirus  



Xəbər lenti