Rusiyanın Ukraynada 2 minə yaxın hərbçisi ölüb

   Rusiyanın Ukraynada 2 minə yaxın hərbçisi ölüb
  13 Aprel 2022    Oxunub:949
Rusiya Silahlı Qüvvələri indiyədək Ukraynada 19 800-ə yaxın hərbçisini itirib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ordusunun 739 ədəd tankı, 1 964 ədəd zirehli döyüş maşını, 358 ədəd artilleriya sistemi, 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 158 ədəd hərbi təyyarəsi, 143 ədəd helikopteri, 1 429 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 132 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti