"Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" - Paşinyan

 "Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" -  Paşinyan
  13 Aprel 2022    Oxunub:818
Ermənistan ATƏT-in Minsk qrupu formatında danışıqlar ideyasından əl çəkməyib. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Brüsseldə keçirilən üçtərəfli görüşdən və sülh müqaviləsinin imzalanmasına hazırlıq barədə bəyanatdan sonra Ermənistan hakimiyyəti mövcud formatda danışıqlardan imtina etməkdə ittiham olunub. Lakin onun fikrincə, əslində reallıq başqadır. Ukraynada eskalasiyadan sonra həmsədrlər arasında münasibətlər gərginləşib.

- Bu gərginlik hələ Suriya hadisələri zamanı yaranmışdı və regionumuzda öz mənfi nəticələrini verib. Bunu nəzərə alsaq, ATƏT-in Minsk Qrupunun fəaliyyətini passiv şəkildə gözləyə bilmərik. Digər tərəfdən, bu formatda dialoq həmsədrlərin proseslərə daxil olmasına mane olmur. Biz bu yanaşmanı müdafiə edəcəyik, - Paşinyan deyib.

Ermənistanın baş naziri bəyan edib ki, sülh müqaviləsi prosesini təxirə salmaq yox, xarici işlər nazirlərinin bütün tapşırıqları vaxtında yerinə yetirə biləcəklərinə ümid etmək lazımdır. Onun sözlərinə görə, bütün beynəlxalq ictimaiyyət prosesi asanlaşdırır və bu şəraitdən istifadə edilməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti