"Mirqorodda 4 helikopter vurmuşuq" - Rusiyalı general

   "Mirqorodda 4 helikopter vurmuşuq" -    Rusiyalı general
  13 Aprel 2022    Oxunub:691
Rusiya Ukrayna ordusuna məxsus bir neçə helikopter vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Geraşenkov deyib.
Onun sözlərinə görə dənizdən və havadan atılan yüksək dəqiqlikli raketlər Ukrayna Silahlı Qüvvələrinin iki iri raket və artilleriya silah anbarını məhv edib. Mirqorod aerodromunda isə dörd helikopter - iki Mi-8 və iki Mi-24 sıradan çıxarılıb.

- Gecə saatlarında Sadovoye və Çudnov qəsəbələri ərazilərində yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Ukrayna qoşunlarının iki böyük raket və artilleriya silah anbarını məhv edib, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: General   Rusiya  



Xəbər lenti