Gürcüstanın spikeri Ukraynaya gedəcək

   Gürcüstanın spikeri Ukraynaya gedəcək
  13 Aprel 2022    Oxunub:1257
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ukraynalı həmkarı Ruslan Stefançukla telefon danışığı apardıqdan sonra Ukraynaya getmək qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın spikeri özünün "Facebook" səhifəsində bildirib.
"Artıq həmkarımla (Stefançuk - Red) ünsiyyətim olub və mən ona Ukraynaya səfərə hazır olduğumu təsdiqləmişəm. Bir daha təkrar edirəm ki, Ukraynanı və Ukrayna xalqını dəstəkləmək bizim insani, tarixi borcumuzdur və biz bu borcumuzu yerinə yetirəcəyik".

Aprelin 8-də Papuaşvili Kiyevin Gürcüstanın hakimiyyət orqanlarına qarşı hərəkətlərinə görə Ukraynaya getməkdən imtina etdiyini açıqlamışdı. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, deputat Mamuka Mdinaradze qeyd edib ki, Ukrayna hakimiyyəti gürcü həmkarlarına qarşı müxtəlif ittihamlar səsləndirmələrinin səbəbini izah etsələr, parlamentin spikeri Ukraynaya səfər edə bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Gürcüstan   Ukrayna  



Xəbər lenti