Qazaxıstan Qələbə Günündə hərbi parad keçirməkdən imtina edib

Qazaxıstan Qələbə Günündə hərbi parad keçirməkdən imtina edib
  13 Aprel 2022    Oxunub:1141
Qazaxıstan bu il Qələbə Günü paradını keçirməyi planlaşdırmır. xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"2022-ci ildə Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 30 illiyinə və 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş hərbi paradın keçirilməsi nəzərdə tutulmayıb", - məlumatda deyilir. Qərarın nə ilə bağlı olduğunu izah edilmir.

Xatırladaq ki, Qazaxıstan hakimiyyəti 2020-2021-ci illərdə paradı koronavirusla bağlı vəziyyətə görə ləğv edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti