Filippində təbii fəlakət nəticəsində ölənlərin sayı 58-ə çatıb

Filippində təbii fəlakət nəticəsində    ölənlərin sayı 58-ə çatıb
  13 Aprel 2022    Oxunub:611
Filippində baş verən daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 58-ə yüksəlib. AzVision.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb. Bildirilir ki, xilasedicilər torpaq altında qalan cəsədləri çıxarıb.
Bildirilir ki, bu il Cənub-Şərqi Asiya arxipelaqını bürüyən “Megi” tropik qasırğasını qurbanlarının çoxu mərkəzi Leyte əyalətindəndir. Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, həftə sonu Baybay şəhərinin sel suları altında qalması nəticəsində ən azı 47 nəfərin ölüb, 100-dən çox yerli sakin xəsarətlər alıb. 27 nəfərin itkin düşdüyü söylənilir.
Axtarış və xilasetmə işlərinə nəzarət edən ordu briqadasının komandiri Noel Vestuir insan tələfatına və evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olan bu dəhşətli hadisədən kədərləndiyini bildirib. Agentlik məlumat verir ki, mərkəzi Negros Oriental əyaləti ilə yanaşı Mindanao adasında da üç nəfər həlak olub. Pilar kəndində sağ qalanların axtarışları çərşənbə günü səhər saatlarında davam etdirilib.

“Beş itkimiz var, birinin şəxsiyyəti müəyən olunmayıb”, - regional polis idarəsi AFP xəbər agentliyinə deyib.
Yanğından Mühafizə Bürosu da çərşənbə axşamı “Facebook”da kənddən 50-yə yaxın insanın xilas edildiyini açıqlayıb.

Aydan Mustafayeva
AzVision.az



Teqlər:



Xəbər lenti