Paşinyan ordudakı çatışmazlıqları müharibənin ilk günlərində öyrənib

   Paşinyan ordudakı çatışmazlıqları müharibənin ilk günlərində öyrənib
  13 Aprel 2022    Oxunub:757
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb. AzVision.az xəbər verir ki, o, "Silahların alınmasına yüz milyonlarla dollar xərcləmişik. Dəbilqə və zireh almaq bizə o qədərmi çətin olub?" sualına acı etiraflarla cavab verib.
Ermənistanın baş naziri ordudakı çatışmazlıqlar barədə məlumatsız olmasını etiraf edib. Paşinyan deyib ki, 44 günlük müharibə başlayandan bir neçə gün sonra o ilk olaraq Ermənistan ordusunun gülləkeçirməz jiletlərlə bağlı problemlər yaşadığını öyrənib.

Baş nazir bununla da ordu rəhbərliyinin onun etimadını doğrultmadığını açıq şəkildə etiraf etmiş olub.

Paşinyan onu da qeyd edib ki, “məxməri inqilab” nəticəsində hakimiyyətə gəldikdən sonra orduda kadr siyasətinə bilərəkdən müdaxilə etməyib. Yeni komanda öz tərkibindən bir nəfəri də orduya təyin etməyib. Müdafiə naziri David Tonoyandan tutmuş bütün əsas məmurlar əvvəlki hökumətdə çalışıb.

- Biz hesab edirdik ki, ordu xüsusi bir ailədir. Biz də bu ailəyə qarışmamalı, onun daxili işlərinə müdaxilə etməməliyik. Hər zaman anlayıtdıq ki, istənilən vaxt eskalasiya riski var. Amma görünür, yanılmışıq, - Paşinyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti