Hollandiyada daha 20 rus yaxtasına həbs qoyulub

   Hollandiyada daha    20 rus yaxtasına    həbs qoyulub
  13 Aprel 2022    Oxunub:1241
Rusiyaya məxsus daha 20 gəmiyə həbs qoyulub. AzVision.az xəbər verir ki, bu barədə Hollandiya Gömrük İdarəsi məlumat yayıb.
Bildirilir ki, artıq 20 yaxta, o cümlədən tikilməkdə olanlar Rusiya Federasiyasına qarşı sanksiyalara görə gömrük nəzarəti altındadır.

"Rusiya və Belarusa qarşı sanksiyalar nəticəsində gömrük 20 yaxtanı ciddi nəzarətə götürüb. Bu yaxtalar digər tərəfə verilə və ya ixrac edilə bilməz", - gömrüyün saytında deyilir.
Bildirilir ki, məlum rus yaxtalarından 14-ü tikilir, ikisi anbardadır, daha dördü isə istifadədə olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti