"Rusiya Ukraynadan 500 min vətəndaşımızı çıxarıb" - Zelenski

   "Rusiya Ukraynadan 500 min vətəndaşımızı çıxarıb" -    Zelenski
  13 Aprel 2022    Oxunub:620
Rusiya qoşunları artıq 500 mindən çox vətəndaşımızı Ukraynadan çıxarıb. AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Estoniya parlamentinə müraciəti zamanı deyib.
- Bu gün 500 mindən çox ukraynalı məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmi təsəvvür edin, - Zelenski deyib.

O qeyd edib ki, deportasiya olunan ukraynalıların sənədləri əllərindən alınır və onlardan hər şey, o cümlədən telefonlar götürülür.

- Onları Rusiya Federasiyasının ucqar bölgələrinə aparmağa çalışır, Ukraynaya qayıtmaq cəhdlərinə hər cür mane olurlar. Uşaqlar valideynlərindən ayrılır və onları qanunsuz olaraq rus ailələrinə övladlığa göndərmək istəyirlər. Artıq Rusiyanın endirdiyi zərbələrin qurbanına çevrilmiş Ukrayna şəhərlərində on minlərlə insan həlak olub. Rus ordusu yaşayış məntəqələrinə və mülki infrastruktura qarşı bütün növ artilleriyadan, hə cür raketlərdən, aviabombalardan, xüsusən də fosfor bombalarından istifadə edir, - Zelenski qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti