"Vağzal kasetli döyüş başlığı olan raketlə vurulub" - BBC

   "Vağzal kasetli döyüş başlığı olan raketlə vurulub" -    BBC
  13 Aprel 2022    Oxunub:707
Kramatorskdakı dəmiryol stansiyasına hücum zamanı qadağan olunmuş kasetli döyüş başlığı olan raketdən istifadə edilib. Hücum nəticəsində 57 nəfər həlak olub, 109 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın BBC saytı məlumat yayıb.

Hücumdan sonra qatar stansiyasına baş çəkən jurnalistlər yerdə kasetli bombadan istifadə edildiyini göstərən çoxlu sayda aydın izlər tapıblar.

Qeyd edilir ki, çoxsaylı partlayışlar nəticəsində dağıntılar adətən raketin əsas zərbə yerinin ətrafına səpələnir və onların hər birinin partlama ərazisində izləri qalır. Məsələn, stansiyanın yanındakı binada divarda böyük oyuq əmələ gəlib.

Bundan əlavə, şahidlər hücumdan sonra əraziyə gələn "Washington Post" müxbirlərinə deyiblər ki, ilkin partlayışdan sonra dörd və ya beş partlayış da eşidiblər. Bu cür səslər isə kaset bombasının səsinə uyğun gəlir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti