Nigeriyada quldurlar 159 nəfəri öldürüb

   Nigeriyada quldurlar 159 nəfəri öldürüb
  13 Aprel 2022    Oxunub:701
Nigeriyanın Plato ştatında mədəniyyət festivalı zamanı silahlıların hücumu nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən Reuters agentliyi məlumat yayıb. Qeyd olunub ki, silahlılar kəndə motosikletlərlə gəlib və insanlara atəş açıblar. Bəzi evlər və mağazalar talan edilərək yandırılıb. Yaxınlıqdakı kolluqlarda gizlənməyə çalışanlar quldurlar tərəfindən təqib edilərək öldürülüb.

Son iki ildə Nigeriyada silahlıların və quldurların kəndlərə və fermalara hücumlarının sayı artmaqdadır. Hücumlar qətllər və quldurluqlarla müşayiət olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Nigeriya  



Xəbər lenti