İndoneziyada 16 nəfər yol qəzasında ölüb

İndoneziyada 16 nəfər yol qəzasında ölüb
  13 Aprel 2022    Oxunub:745
İndoneziyanın Qərbi Papua əyalətində çərşənbə günü yük maşınının qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb, 6 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Sinxua agentliyi qəzaların idarə olunması departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, içərisində 29 nəfərin olduğu yük maşını dağ yolu ilə hərəkət edərək dağın yamacına çırpılıb.

Dörd nəfərin xəsarətləri ağır qiymətləndirilir. Qəzanın baş vermə səbəbləri açıqlanmır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İndoneziya   Yolqəzası  



Xəbər lenti