Çexiya nüvə yanacağını Rusiyadan almayacaq

Çexiya nüvə yanacağını Rusiyadan almayacaq
  13 Aprel 2022    Oxunub:1010
Praqa yaxınlığındakı Temelin kəndində Atom elektrik stansiyası üçün yanacaq bundan sonra ABŞ-dan və Fransadan tədarük ediləcək.
AzVision.az xəbər verir ki, “Rosatom” şirkətini Amerikanın “Westinghouse” və Fransanın “Framatome” şirkəti əvəz edəcək. Nüvə enerjisi tədarükü barədə kontrakt 15 il müddətinə imzalanıb. Atom elektrik stansiyasının əməliyyat fəaliyyətinə cavabdeh olan “ČEZ” şirkəti özünün bu qərarını tədarükçülərin şaxələndirilməsi istəyi ilə izah edib.

“Gələcəkdə “Temelin” AES-in reaktorları üçün yanacaq elementlərini etibarlı və fasiləsiz tədarük edilməsi zəruridir. Beləliklə biz, tədarükdə yarana biləcək fasilə risklərini minimuma endirmək istəyirik”.

AzVision.az



Teqlər: AES   Çexiya  



Xəbər lenti