Avropa Ukraynaya hərbi yardımı 15 milyard avroya çatdırdı

Avropa  Ukraynaya hərbi yardımı 15 milyard avroya çatdırdı
  13 Aprel 2022    Oxunub:1480
Avropa İttifaqı Şurası Ukraynaya hərbi texnika üçün əlavə 500 milyon avro verilməsi qərarını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə strukturun bəyanatında deyilir. Qeyd olunub ki, Aİ Ukrayna üzrə Avropa Sülh Fondu çərçivəsində artıq səfərbər edilmiş resurslara 500 milyon avro əlavə edəcək və bununla da ilkin büdcəni üç dəfə artıraraq 1,5 milyard avroya çatdıracaq.

Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Kiyevə səfəri zamanı Avropa İttifaqı tarixində ilk dəfə olaraq münaqişənin diplomatik yolla deyil, hərbi yolla həllini arzulamışdı. Eyni zamanda o, Aİ-nin Ukraynaya hərbi texnika üçün əlavə 500 milyon avro ayırmaq niyyətini açıqlayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Avropa   Ukrayna  



Xəbər lenti