Medvedçukun xanımı Ərdoğandan kömək istədi

   Medvedçukun xanımı Ərdoğandan kömək istədi
  13 Aprel 2022    Oxunub:1268
Ukraynada həbs edilən rusyönümlü partiya lideri Viktor Medvedçukun həyat yoldaşı dövlət başçısı Volodimir Zelenskiyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
“Mən Viktorun həyatı üçün çox narahatam. Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və sizin sözünüzə qulaq asırlar. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, həyat yoldaşım Viktor Medvedçuku azad etmək üçün öz təsir imkanlarınızdan istifadə edəsiniz", - deyə Oksana Marçenko deyib.

Qeyd edək ki, ötən gün Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyasının rəhbəri, deputat Viktor Medvedçuk saxlanılıb. O, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ələ keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Medvedçukun əli qandallı fotosunu paylaşaraq, onun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsini təklif edib.

Viktor Medvedçukun Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olduğu iddia edilsə də, Kreml bunu təkzib edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Medvedçukun Rusiya ilə pərdəarxası münasibətləri olmayıb.

"Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olan fikirləri yaxşı məlumdur. Bu mövqe həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ukraynanın xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Medvedçuk ərazini tərk edəcəkdi”, - deyə Peskov Ukraynada həbs olunan siyasətçi Viktor Medvedçukun Rusiyanın adamı olması barədə fikirlərə aydınlıq gətirib.



AzVision.az


Teqlər:



Xəbər lenti