Ukrayna Rusiyaya cavab verdi: "İstənilən ssenariyə hazırıq"

      Ukrayna Rusiyaya cavab verdi:   "İstənilən ssenariyə hazırıq"
  13 Aprel 2022    Oxunub:793
Rusiya Müdafiə Nazirliyi Ukraynanı Kiyevdə hökumət binalarını vurmaqla hədələyib. Bildirilib ki, bu, Rusiya ərazisindəki obyektlərə Ukraynanın təxribat və zərbələrinə cavab olacaq.
"Biz Ukrayna qoşunlarının Rusiya Federasiyası ərazisində təxribat törətmək və hədəflərə zərbələr endirmək cəhdlərini görürük. Zərbələr davam edərsə, Rusiya Silahlı Qüvvələri qərar qəbuletmə mərkəzlərinə zərbələr endirəcək. O cümlədən Kiyevdə”,- Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov son çıxışında deyib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak isə şəxsi Teleqram kanalında bildirib ki, Ukrayna istənilən Rusiya ssenarisinə hazırdır.

"Rusiya öz təxribatları ilə növbəti təhdid üçün bəhanə hazırlayır. Onlar artıq Kiyevə mümkün raket hücumları barədə danışmağa başlayıblar. Biz istənilən ssenariyə hazırıq.

Kreml artıq sübut etdi ki, o, ancaq onlara cavab vermək iqtidarında olmayan mülki əhali ilə mübarizə aparmağı bilir. Rusiya gələcəkdə beynəlxalq tribunal qarşısında bütün cinayətlərə görə cavab verəcək”, - Yermak bildirib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti