Makron birinci turda 9,78 milyon səs topladı

   Makron birinci turda 9,78 milyon səs topladı
  14 Aprel 2022    Oxunub:875
Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri açıqlanıb. Respublika prezidenti Emmanuel Makron 9,78 milyon, “Milli Assosiasiya”nın namizədi Marin Le Pen isə 8,13 milyon səs toplayıb.
AzVision.az xəbər verir ki, səsvermə hüququna malik olan ümumilikdə 48,7 milyon fransızdan 35,9 milyon nəfər səsverməyə gəlib.

Konstitusiya Şurası rəsmi olaraq elan edib ki, Makron və Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququna malikdirlər.

Birinci tur aprelin 10-da baş tutub. Seçki yarışında 12 namizəd iştirak edib. Fransa prezidenti Emmanuel Makron 27,84%, Le Pen 23,15% səs toplayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti