TRT-dən ermənilərin `Eurovision` təxribatına - cavab
AzVision.az Aktual.az-a istinadən xəbər verir ki, Bunu TRT Bakı təmsilçisi Əmrah Timurçin Yazıcı Türkiyənin Avroviziyada iştirakdan imtina etməsi və Ermənistanın bu yarışmada qalib gəlməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Əmrah Yazıcı bildirib ki, Avroviziyanın bir musiqi yarışması olduğuna görə bu yarışda siyasi məsələlərin yer almasını düzgün hesab etmirlər:
“Burada musiqi notları yarışmalıdır, siyasət yox. Ermənistan yarışmadan öncə dəfələrlə belə təxribatlara yol verir. Elə biz də TRT olaraq bunu qınayırıq. Və Avroviziya yarışmasında iştirakdan imtina edirik. Bir daha qeyd edirik ki, bir musiqi yarışının siyasiləşdirilməsi yolverilməzdir”.
Qeyd edək ki, yarışmanın keçirilməsinə bir aydan az bir vaxt qalmış artıq Ermənistan təmsilçisinin qalib gələcəyi ilə bağlı xəbərlər gəzir. Hətta Ermənistan təmsilçisinin klipi yarışmanın rəsmi saytında hədsiz reklam edilir. Ekspertlər bildirir ki, Ermənistan bu yarışda qalib gələrək 2015-cil ildə qondarma erməni soyqırımının 100 illiyində yarışa ev sahibliyi edərək bütün dünyanın diqqətini üzərinə çəkəcək.