Hökumət almanları az ət yeməyə çağırdı

Hökumət almanları az ət yeməyə çağırdı
  14 Aprel 2022    Oxunub:1266
Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin parlamentdəki dövlət katibi Nils Annen Ukraynadakı vəziyyətlə əlaqədar ərzaq qiymətləri böhranı fonunda əkin sahələrini boşaltmaq üçün ət istehlakının azaldılmasına çağırıb. AzVision.az xəbər verir ki, dövlət katibi “Euractiv” portalına müsahibəsində belə bir təkliflə çıxış edib.
“Mən bir tikə ət yeməkdən böyük həzz alan biriyəm və heç kimə ət yeməyi qadağan etmək istəmirəm. Bununla belə, qeyd etmək lazımdır ki, dünya taxıl istehsalının çox böyük bir hissəsi heyvan yemi istehsalına gedir”, - Annen qeyd edib

Dövlət katibinin fikrincə, Almaniyada və Avropada ət istehlakının azaldılması ətin idxal olunduğu ölkələrdə də daxil olmaqla, daha çox əkin sahələrinin boşaldılmasına kömək edə bilər. Almaniyanın Kənd Təsərrüfatı naziri Cem Özdemir almanları ərzaq ehtiyatlarından silah kimi istifadə edən Rusiya ilə mübarizə aparmaq üçün daha az ət yeməyə çağırmışdı.

İlkin Nəcəfzadə
AzVision.az






Teqlər: Almaniya  



Xəbər lenti