"Ukrayna müharibəsi onilliklər ərzində görünməmiş qıtlığa səbəb ola bilər" - BMT

   "Ukrayna müharibəsi onilliklər ərzində görünməmiş qıtlığa səbəb ola bilər" -    BMT
  14 Aprel 2022    Oxunub:884
Ukraynada müharibə bəşəriyyətin əhəmiyyətli bir hissəsini aclıq və yoxsulluğa məhkum edə bilər. AzVision.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Twitter” səhifəsində məlumat verib.
"Ukraynadakı müharibənin bəşəriyyətin 1/5-dən çoxunu yoxsulluğa və aclığa sürükləyəcək" deyən Quterreş, münaqişənin dünyanın əhəmiyyətli bir hissəsində onilliklər ərzində görünməmiş qıtlığa səbəb ola biləcəyini yazıb.

Qeyd edək ki, bundan öncə dəfələrlə bəyan edilmişdi ki, artıq Ukraynadakı müharibə nəinki qitədə, ümumiyyətlə dünyada tədarük zəncirlərini pozub və yanacaq, ərzaq, nəqliyyatın qiymətlərinin sürətlə artmasına səbəb olub. Taxıl ixracı ilə yanaşı, Ukrayna günəbaxan yağının əsas, eləcə də, soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.
Həm Rusiya Federasiyası, həm də Ukrayna aqrar-sənaye sektorunda əsas ixracatçı olduğu üçün Avropa İttifaqı dünyada ərzaq böhranı barədə xəbərdarlıq edib. Söhbət taxılın, enerjinin, gübrələrin, metalların və bu kimi məhsulların mümkün qiymət artımından gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər: BMT   Ukrayna   Aclıq  



Xəbər lenti