Kolumbiya prezidenti Ukraynaya hücumu "soyqırımı" adlandırdı

Kolumbiya prezidenti Ukraynaya hücumu "soyqırımı" adlandırdı
  14 Aprel 2022    Oxunub:1085
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi fonunda Kolumbiya prezidenti İvan Duke Moskvanın Kiyevə qarşı müharibəsini soyqırımı adlandırıb.
AzVision.az xəbər verir ki, o bu barədə CNN telekanalına müsahibəsində deyib.

Dukedən Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırımı adlandıran ABŞ prezidenti Co Baydenlə razılaşıb-razılaşmadığını soruşduqda o belə cavab verib ki, "Ukraynada baş verənlər soyqırımdır. Və buna son qoyulmalıdır. Bu ağılsızlıqdır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Kolumbiya  



Xəbər lenti