"Müharibənin bitməsinə hələ çox var, Kiyev növbəti mərhələyə hazırlaşır"

   "Müharibənin bitməsinə hələ çox var, Kiyev növbəti mərhələyə hazırlaşır"
  14 Aprel 2022    Oxunub:1074
ABŞ dövlət katibi Entoni Blinken Ukrayna müharibəsinə dair açıqlama verib. AzVision.az xəbər verir ki, o rus qoşunlarının Kiyev ərazisindən geri çəkilməsinə və Ukrayna qüvvələrinin qələbəsinə baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsinə hələ çox qaldığını deyib.
Blinkendən sitat gətirən "Amerikanın səsi" yazıb ki, Rusiya Ukraynanın şərqində və cənubunda hücumları bərpa etmək üçün qüvvələrini yenidən yerləşdirir.

Blinken ölkəsinin Kiyevə 800 milyon dollarlıq yeni müdafiə yardımı paketi ilə bağlı qərarını alqışlayıb.

- ABŞ və onun müttəfiqləri, tərəfdaşları Ukrayna öz azadlığı, gələcəyi uğrunda mübarizənin növbəti mərhələsinə hazırlaşdığı üçün əlavə hərbi yardımları artırmaq üçün elə indi hərəkətə keçməlidir, - Blinken deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   ABŞ   Blinken  



Xəbər lenti