Le Pen Ukraynadakı hadisələri soyqırımı adlandırmaqdan imtina edib

      Le Pen    Ukraynadakı hadisələri soyqırımı adlandırmaqdan imtina edib
  14 Aprel 2022    Oxunub:748
Fransa prezidentliyinə namizəd, ifrat sağçı Marin Le Pen Ukraynada baş verənləri soyqırımı adlandırmaqdan imtina edib.
"Ukraynada baş verənlər soyqırımıdır" - Tramp
AzVision.az xəbər verir ki, o, "France 2" telekanalına müsahibəsində "Soyqırımı hüquqi baxımdan çox aydın tərifdir və hazırda məlum olan faktlara uyğun gəlmir" deyib.

Xatırladaq ki Fransa prezidenti Emmanuel Makron rusları və ukraynalıları qardaş xalq adlandırıb və o da Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi dəyərləndirməyib. Vladimir Zelenski isə deyib ki, bu bəyanatlar Ukrayna üçün “çox ağrılıdır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Soyqırımı   Ukrayna  



Xəbər lenti