"Bakı ilə İrəvan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılacaq"

   "Bakı ilə İrəvan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılacaq"
  14 Aprel 2022    Oxunub:628
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından danışıb. AzVision.az xəbər verir ki, o, qeyd edib ki, Bakı ilə İrəvan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılacaq.
- Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Qardaşım Ceyhun Bayramov bizə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevlə dövlət başçımız Rəcəb Tayyib Ərdoğan arasında da müzakirələr davam etdir. Biz prosesləri dəstəkləyirik. Türkiyədə görüş keçirilməsinin nə ziyanı var? Üçüncü ölkəyə nə ehtiyac var? Daha cəsarətli davranmalıdırlar, - nazir deyib.

AzVision.az



Teqlər: Çavuşoğlu   Azərbaycan   Ermənistan  



Xəbər lenti