Fransa Ukraynada hərbi cinayətlərlə bağlı təhqiqata başlayıb

Fransa Ukraynada hərbi cinayətlərlə bağlı təhqiqata başlayıb
  14 Aprel 2022    Oxunub:781
Fransanın antiterror prokurorluğu Ukraynada Fransa vətəndaşlarına qarşı mümkün hərbi cinayətlərlə bağlı dörd araşdırmaya başlayıb. AzVision.az xəbər verir ki, bu barədə İnsanlığa qarşı cinayətlərlə mübarizə üzrə mərkəzi idarənin komandiri general Jan-Filip Reylan məlumat verib.
- Milli Antiterror Prokurorluğu və İnsanlığa Qarşı Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən 4 istintaq işi açılıb. Biz artıq bu işlərdə irəli aparmaq üçün lazımi məlumatları toplamışıq, - general BFM TV-yə deyib.

Xatırladaq ki, aprelin 11-də Fransa Daxili İşlər Nazirliyinin texniki qrupu ukraynalı mütəxəssislərə kömək etmək üçün Ukraynaya gəlib. Qrupa iki məhkəmə eksperti və 15-ə yaxın jandarm daxil edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti