Türkiyə-Ermənistan görüşü Vyanada olacaq

 Türkiyə-Ermənistan görüşü Vyanada olacaq
  14 Aprel 2022    Oxunub:1218
Türkiyə-Ermənistan dialoqunun növbəti raundunun yeri bəlli olub. AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Onun sözlərinə görə Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

- Təzyiq altında ola bilərsiniz. Bu, asan proses deyil. Lakin artıq üçüncü ölkədə görüşməyə ehtiyac varmı? Bir tərəfdən sərhədlər açılsın deyirsiniz, digər tərəfdən isə görüşlərin Türkiyə və Ermənistanda keçirilməsinə cəsarət etmirsiniz, - XİN başçısı deyib.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

AzVision.az



Teqlər:



Xəbər lenti