Cənubi Afrikada daşqınlarda 306 nəfər ölüb

Cənubi Afrikada daşqınlarda 306 nəfər ölüb
  14 Aprel 2022    Oxunub:1060
Cənubi Afrikanın şərq sahillərində yerləşən Durban şəhərində güclü yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində 306 nəfər həlak olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, təxliyələr zamanı havadan dəstək vermək üçün ordu səfərbər edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə minlərlə ev dağılıb, ən azı 140 məktəbə ziyan dəyib. Bu ölkədə 60 ildən artıq müddətdə görünməmiş yağıntıdır.

AzVision.az


Teqlər: Yağıntı   Sel  



Xəbər lenti