|
| Yaxın zərbələrin ustası: NLAW-nun fərqli cəhətləri nədir? – Detallar |
Onun sözlərinə görə, anbarlarda 20-25 min arası "Javelin" qalıb və Ukraynaya göndərilən 7 min sistem ümumi ehtiyatın təxminən üçdə birini təşkil edir.
- Artıq təhvil verilmiş raketlərin yerinin doldurulması təxminən 3-4 il çəkəcək. Əgər ABŞ Ukraynaya daha çox raket göndərsə, o zaman daha çox vaxt tələb olunacaq, - deyə ekspert yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ müharibə başlayandan Ukraynaya fəal şəkildə kömək edir. Vaşinqton artıq milyonlarla dollar dəyərində hərbi yardımlar göndərib. Aprelin 14-də prezident Co Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollarlıq hərbi yardım edəcəyini bəyan edib. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin saytında göstərilir ki, yardım paketində 155 mm-lik 18 haubitsa, 40 000 döyüş sursatı, 500 "Javelin" , 200 M113 zirehli heyət daşıyan maşın, 300 dron, 11 Mİ-17 helikopteri, 10 artilleriya kəşfiyyat radar stansiyası olan AN /TPQ-36 və iki AN/MPQ-64 yedəkli radarlar nəzərdə tutulub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


