Daha bir ölkə Türkiyədən “Bayraktar” almaq istəyir

   Daha bir ölkə Türkiyədən “Bayraktar” almaq istəyir
  14 Aprel 2022    Oxunub:926
Daha bir ölkə Türkiyənin silahlı pilotsuz uçuş aparatı “Bayraktar TB2”-ni almaq istəyir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Slovakiyanın müdafiə naziri Yaroslav Nad Türkiyədən "Bayraktar TB2" Silahlı Pilotsuz Uçuş Aparatının (SİHA) alınması üçün danışıqlara başlanıldığını açıqlayıb.

"Baykar"ın baş direktoru Haluk Bayraktar Slovakiya heyəti ilə görüşüb.

“Slovakiya ordusunun pilotsuz uçuş aparatları ilə təminatı istiqamətində işlər davam edir, bu gün cənab Bayraktarla gözəl bir görüş keçirdik", - nazir görüşlə bağlı tvitter hesabından paylaşıb.




Teqlər:



Xəbər lenti