Səfirlik Azərbaycana gələn türklərə müraciət etdi

   Səfirlik Azərbaycana gələn türklərə müraciət etdi
  15 Aprel 2022    Oxunub:984
Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkə vətəndaşlarına müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşım edilib. Bildirilib ki, Azərbaycana gələn Türkiyə vətəndaşlarının COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv edilib.

Qeyd olunub ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı bu gündən, aprelin 15-dən etibarən qüvvəyə minib.

AzVision.az



Teqlər: PCR  



Xəbər lenti