"ABŞ Ukraynaya silah göndərməklə özünün ehtiyatları tükədir" - Bloomberg

   "ABŞ Ukraynaya silah göndərməklə özünün ehtiyatları tükədir" -    Bloomberg
  15 Aprel 2022    Oxunub:797
ABŞ davamlı olaraq Ukraynaya silah göndərməklə özünün silah ehtiyatlarımı tükədə bilər. AzVision.az xəbər verir ki, bu barədə "Con Hopkins" institutunun professoru və beynəlxalq siyasət üzrə mütəxəssis Hel Brands "Bloomberg"də yazıb.
Məqalədə deyilir ki, “Qərb müttəfiqləri seçim qarşısındadırlar. Bunlar ya Kiyevə daha çox silah göndərmək, ya da öz ehtiyatlarını müdafiələri üçün saxlamaqdır”.

Qeyd edilir ki, müharibə kritik mərhələyə çatdıqda, rusların Ukraynanın şərqində möhkəmlənməyə hazırlaşdığı bir vaxtda “demokratiyanın arsenalı tükənir”. Amerika Ukraynada “demokratiya arsenalı” strategiyasını həyata keçirir: o, birbaşa müdaxilədən yayınır, Ukraynanı pul və silahla təmin etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləyir.
ABŞ və müttəfiqlərinin Ukraynaya verdiyi bütün dəstəklərdən ən önəmlisi silah olub.

Eyni zamanda qeyd edilir ki, Baydenin heç vaxt belə bir müharibəyə qarşı planı olmayıb.

"Rusiya ölkənin əksər hissəsini tez bir zamanda ələ keçirməli idi, buna görə də ABŞ qaynayan, ləng Ukrayna mücadiləsini dəstəkləyəcəkdi. Ukraynanın uğurlu müqaviməti böyük sursat xərcləri və əsas hərbi obyektlərin intensiv tükənməsi ilə nəticələndi",- müəllif yazıb.

Müəllif ABŞ-ın Kiyev üçün lazım olan silahların istehsalını sürətlə artırmağa qadir olmasına şübhə ilə yanaşıb. Xüsusən də müharibənin Ukraynanın şərqinə qayıtması kontekstində Rusiyanın aviasiya və zirehli texnikada üstünlüyü həlledici olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti